понедельник, 3 марта 2014 г.


Həyatın hər bir addımı riyaziyyatdır.Riyaziyyat o vaxt maraqlıdır ki,onu dərk etməklə yanaşı hiss edirsən.Kim ki riyaziyyatı mükəmməl bilir,həmin insan onu həqiqətən də sevir.Mən həmişə bu cür düşünmüşəm ki, RİYAZİYYAT cansız yazı,cansız ədədlər vəya fiqurlardan ibarət deyil.O elə bir aləmdir,ki o aləmi sevirsənsə o sənə mükafat olaraq riyazi bilik,məntiq və düşüncə gücü ilə geri qayıdır.

HƏNDƏSƏ



Həndəsə - həndəsi fiqurların xassələri haqqında elmdir.
Planimetriya – həndəsənin müstəvi üzərindəki fiqurları öyrənən bölməsidir.

Məktəbdə öyrənilən həndəsəyə(e.ə III. əsr) Evklidin adı ilə əlaqədar olaraq Evklid həndəsəsi deyilir.
Müstəvi üzərində əsas həndəsifiqurlar nöqtə və düz xətdir.Nöqtə , düz xətt və müstəvi həndəsənin ilk anlayışları 
olduqlarından onlara tərif verilmir.
Düz xətti bir hərflə işarə etdikdə latın əlifbasının kiçik hərflərindən istifadə edilir, iki hərflə işarə etdikdə böyük hərflərdən istifadə edilir.